Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (”Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Mia.az DİN-ə istinadla bildirir ki, Yasamal Rayon Polis İdarəsi və 27-Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.