AFFA-dan "Qarabağ" klubuna Müşahidə Şurası yaratması təklif olunub.

Bu barədə jurnalistlərə klubun direktoru Emrah Çelikel açıqlama verib.

O bildirib ki, klubun peşəkarcasına və qarşılıqlı inam, etibar əsasında qurulmuş saf idarəetmə strukturu var: "Biz belə strukturdan nəticə aldığımızı görürük və dəyişiklik etmək istəmədiyimizi AFFA-ya bildirmişik".