Avqustun 22-də Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində 1965-ci il təvəllüdlü Qırımxan Qasımovun elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Mia.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Q.Qasımov "Azərsu" ASC-də işləyib.