23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında sonuncu oyununu keçirib.
Mia.az xəbər verir ki, Samir Əliyevin baş məşqçi olduğu komanda üçüncü yer uğrunda görüşdə Əlcəzair seçməsi ilə üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.
Penaltilərdə ümumi hesabda qalib gələn millimiz İslamiadanın bürünc medalını qazanıb.