Avstriyada "Rapid" (Vyana) və "Neftçi" komandaları arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu keçirilib.
Mia.az xəbər verir ki, "Allianz" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayıb.
Oyunda 66-cı dəqiqədə "Rapid" hesabı açıb - 1:0.
Qarşılaşmanın əsas vaxtı bu hesabla bitdiyi üçün oyuna əlavə vaxt təyin olunub.
Çünki Bakıdakı görüşdə "Neftçi" 2:1 hesabı ilə qalib gəldiyi üçün ümumi hesabda tarazlıq yaranıb.
Əlavə vaxtın 113-cü dəqqiəsində isə "Rapid" 2-ci qolu da vurub - 2:0.
Oyun bu hesabla başa çatıb və "Rapid" növbəti mərhələyə vəsiqə qazanıb. "Neftçi" isə UEFA Konfrans Liqası ilə vidalaşıb.
Qeyd edək ki, "Rapid" pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.