İndiyə qədər İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 41 mindən çox layihəni maliyyələşdirib.
Mia.az xəbər verir ki, bu məlumatı nazir Mikayıl Cabbarov açıqlayıb.
O bildirib ki, bu layihələrin 90,7%-i kənd təsərrüfatı məhsullarının istehsalını əhatə edib və bu məqsədlə 1,4 milyard manat vəsait ayrılıb.