Avropa İttifaqı Moskvaya qarşı tətbiq etdiyi növbəti sanksiyalar çərçivəsində bu ölkədən qızılının ixracına qadağa qoyub.
Mia.az xəbər verir ki, bu barədə Avropa İttifaqının ali nümayəndəsi Cozef Borel tviter-də paylaşım edib:
“Bu gün biz Rusiyanın Ukraynaya qarşı hücumunu maliyyələşdirməsinin qarşısını almaq üçün daha bir addım atdıq. Biz Rusiyanın enerjidən sonra ən əhəmiyyətli məhsulunun- qızılın ixracına qadağa qoyduq. Aİ yaxınlaşan qlobal ərzaq böhranının öhdəsindən gəlməyi təmin etmək üçün üzərinə düşəni edir”.