Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Özbəkistanın “Özbəkneftqaz” şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

Mia.az xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti, SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf özünün “Twitter” hesabında yazıb.

R. Nəcəf qeyd edib ki, “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev ilə keçirilən görüşdə iki şirkət arasında əməkdaşlığın genişləndirilməsi üzrə yol xəritəsi imzalanıb.

Yol xətitəsini “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Mehriddin Abdullayev və SOCAR prezidenti vəzifəsininin müvəqqəti icraçısı Rövşən Nəcəf imzalayıblar.

Qeyd edək ki, R. Nəcəf bu gün nümayəndə heyətinin tərkibində Özbəkistana səfər edib.