Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Mia.az xəbər verir ki, bu barədə Şuranın sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşım edib.

O bildirib ki, iclasda Şirkətdə idarəetmə standartlarının təkmilləşdirilməsi müzakirə edilib, səmərəliliyin yüksəldilməsi, Şuranın Koordinasiya Ofisinin fəaliyyətinin qiymətləndirilməsi və bərpa olunan enerji istehsalında investisiya strategiyası barədə müzakirələr aparılıb.