ABŞ Federal Ehtiyat Sistemi (FRS) uçot dərəcəsini 0,75 faiz artırıb.
Mia.az xəbər verir ki, bununla da uçot dərəcəsi 1,50%-ə çatıb.
FED, həmçinin 2022-ci ildə ABŞ-ın ÜDM artımı proqnozunu 2,8%-dən 1,7%-ə endirib.
Bundan əlavə, FED 2022-ci ildə ABŞ-da işsizlik səviyyəsi ilə bağlı proqnozu 3,5%-dən 3,7%-ə, 2023-cü ildə isə 3,5%-dən 3,9%-ə yüksəldib.
İnflyasiya proqnozu isə 4,3%-dən 5,2%-ə qaldırılıb.
Ekspertlərin fikirincə, bu, dünya maliyyə bazarında dolların məzənnəsinin artmasına səbəb verəcək.