Baş Prokurorluq həkim terapevt Aysel Əskərovanın anasının qətlə yetirilməsi ilə bağlı iddialarına reaksiya verib.

Mia.az bildirir ki, açıqlamaya görə, 1965-ci il təvəllüdlü Qismət Əskərovanın ölməsi faktı ilə bağlı hazırda Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır: "Ölümün səbəbini müəyyən etmək məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib, müvafiq izahatlar alıb və digər zəruri prosessual hərəkətlər icra olunur. Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbul olunması təmin ediləcəkdir".

Qeyd edək ki, həkim terapevt Aysel Əskərova sosial şəbəkədə paylaşım edərək anası Qismət Əskərovanın öz əcəli ilə ölmədiyini, qarət məqsədilə qətlə yetirildiyini iddia edib.