Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb: "Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət etsin".