Bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 20 463,2 milyon manat təşkil edib.

Mia.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,5 % çoxdur.

Bildirilib ki, son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 19,1 % artaraq 2 038 manata çatıb.