Nizami Rayon Prokurorluğu rayon ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"Aprelin 20-si saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 2007-ci il təvəllüdlü A.C-nın qısqanclıq zəminində anası Ülviyyə İsmayılovaya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.C. şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

***

Bakıda qətl hadisəsi baş verib.

Hadisə bu gün günorta saatlarında Nizami rayonu ərazisində, Neftçilər metrosunun yaxınlığında qeydə alınıb. Oğul küçədə anasını bıçaqla qətlə yetirib.

Daxili İşlər Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. DİN-dən bildirilib ki, qətl törədən şəxs hadisə yerindən yayınsa da, polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə həmin şəxs isti izlərlə tutularaq istintaqa cəlb olunub.