Böyük Britaniya hökuməti sabahdan Rusiyadan çuqun və polad idxalına icazə verməyəcək.
Bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Liz Trass məlumat verib.
Onun sözlərinə görə, aprelin 14-dən Rusiyaya bu ölkənin böyük ehtiyac duyduğu kvant texnologiyasının və qabaqcıl materialların ixracına da qadağa qoyulacaq. Qadağalarla bağlı Böyük Britanya parlamentinə müvafiq təkliflər təqdim ediləcək/Report.
Xatırladaq ki, Böyü Britaniya həm də Ukraynaya yeni maliyyə və hərbi yardım paketi hazırlayır. Birləşmiş Krallıq bu ölkəyə 120 zirehli texnika və yeni gəmi əleyhinə raket kompleksi göndərməyi planlaşdırır.