Bakının Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində arvadını öldürməkdə təqsirləndirilən sabiq polis əməkdaşı İsmayıl Məmmədova hökm oxunub.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesin sonunda ona 18 il həbs cəzası verilib. Eyni zamanda, o, zərərçəkən tərəfə 8 min təzminat ödəyəcək.