Fövqəladə Hallar Nazirliyi Yevlaxda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"Fövqəladə Hallar Nazirliyi "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhərinin Malbinəsi kəndində "Mercedes" markalı minik avtomobili və “Ford” markalı yük avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan FHN-nin Aran Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər".

Məlumata görə, hadisə nəticəsində 5 nəfər - Bərdə rayon sakini, 1980-ci il təvəllüdlü S.İsmayılov, Goranboy rayon sakini, 1994-cü il təvəllüdlü Z.Aslanov, Ağdam rayon sakini, 1979-cu il təvəllüdlü S.Rzaquliyeva, Goranboy rayon sakini, 1953-cü il təvəllüdlü T.Aslanova və daha bir qadın xəsarət alıb.