Rusiyanın təbii qazının pulunun rublla ödənilməsi martın 31-də başlamır.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya qazının pulunun rublla ödənilməsi prosesi hələ bir müddət uzanacaq: “Bu, sabah axşamdan ödənişə başlanılması məsələ deyil. Ödəniş və tədarük məsələsi uzanan prosesdir”/Report.
Qeyd edək ki, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ, Avropa İttifaqı və müttəfiqləri RF-yə qarşı sanksiya tətbiq edib. Onlara cavab olaraq Rusiya tədarük etdiyi təbii qazın pulunun rublla ödənilməsini tələb edir.