“Avropa İttifaqına üzv dövlətlərin Rusiyaya qarşı dördüncü sanksiyalar paketini qəbul etməsini alqışlayıram”.

Mia.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter səhifəsində yazıb.

O bildirib ki, bu, Putinin müharibə aparmaq üçün maliyyə imkanlarını daha da zəiflədəcək: "Kreml Ukraynada müharibəni dayandırana qədər biz təzyiqləri davam etdirəcəyik”.