Böyük Britaniya 2022-ci ilin sonuna kimi Rusiyanın neft və neft məhsullarını idxal etməkdən imtina edəcək.

Mia.az xəbər verir ki, bu barədə Britaniyanın Baş naziri Boris Conson açıqlama verib.

O bildirib ki, Ukraynaya hücumdan sonra Putin rejiminə daha bir iqtisadi zərbə olaraq, Böyük Britaniya ciddi beynəlxalq iqtisadi sanksiyalar paketinə əsaslanaraq, bu il ərzində Rusiya neftindən asılılıqdan çıxacaq.