Britaniya Rusiyanın böyük banklarının bütün aktivlərini dondurub.

Mia.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Boris Conson deyib.

O bildirib ki, Rusiyanı dünya iqtisadiyyatından təcrid edəcəklər: "Böyük Britaniya Rusiyadan yüksək texnologiyalı məhsulların ixracını qadağan edir. Bundan əlavə, "Aeroflot"a qarşı sanksiya tətbiq edəcəyik. Böyük rus banklarının, həmçinin "VTB bank"ın bütün aktivlərini artıq dondurduq. Sanksiyalar Ukraynaya hərbi müdaxiləyə dəstək verən Belarusa da qarşı tətbiq ediləcək".