Qusar rayonunda ər və arvadı bıçaqla hədələyən şəxslər tutulub.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 8-də rayon sakinləri F.Qədirovu və həyat yoldaşını bıçaqla hədələyib quldurluq yolu ilə 190 manat və 2000 ABŞ dolları pulunu talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - şəhər sakini Z.Çigəliyev və Şirvan şəhər sakini X.Günəşov saxlanılıblar.