Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı-Qazax yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, mikroavtobusla minik maşınının toqquşması nəticəsində 10-a yaxın şəxs xəsarət alıb. Hadisə zamanı xəsarət alanlar təcili tibbi yardım maşınları ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır/APA.
Son nəlumata görə, xəsarət alanlar Salyan rayon sakinləridir, onlar "Ford" markalı mikroavtobusun sərnişinləri olub:
32 yaşlı Aygün Bəxtiyar qızı Mehralıyeva,
64 yaşlı Şahmurad Bəhlul oğlu Almazov,
33 yaşlı Günel Bahadur qızı Mehralıyeva,
14 yaşlı Turanə Taleh qızı Teymurova,
44 yaşlı Elton Nəhmət oğlu Məmmədov,
27 yaşlı Mahir Zeynal oğlu Səfərov,
34 yaşlı Sərxan Heydər oğlu Əsədzadə,
54 yaşlı Vəzifə Nəhmət qızı Mehralıyeva.
MİA.AZ