"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununu tribunadan təxminən 20 min azarkeş izləyəcək.
"Laprovence" nəşri xəbər verir ki, qarşılaşma üçün fevralın 14-dək 15 min bilet satılıb.
Nəşr bilet satışının azlığını məktəblərdə tətillərin başlaması, qarşılaşmanın pulsuz yayımı və elə də tanınmayan kluba qarşı matçda biletlərin həddindən artıq baha olması ilə əlaqələndirib/Report.
Qeyd edək ki, fevralın 17-də "Velodrom" stadionunda oynanılacaq "Marsel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Stadion 67 min azarkeş tutumuna malikdir.