Baş Prokurorluq Tovuzda baş verən qətllə bağlı məlumat yayıb.
Mia.az xəbər verir ki, məlumatda deyilir:
"Fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz Rayon Prokurorluğuna məlumat daxil olub.
Aparılan araşdırmalarla zərərçəkmişin atası Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir".
***
Tovuzda 75 yaşlı kişinin qətli ilə bağlı cinayət işi açılıb.
Mia.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Tovuz Rayon Polis Şöbəsinə fevralın 14-də Hunanlar kəndində yaşayan ruhi xəstə C.Əliyevin evində münaqişə zəminində odlu silahdan açdığı atəşlə atası 75 yaşlı Qaməti öldürməsi barədə daxil olmuş məlumatla əlaqədar rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Ondan cinayətin aləti olan qanunsuz saxladığı “Vinçester” markalı silah götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanmılıb.