Şəmkir rayonunda gənc qadın və azyaşlı övladı bıçaqlanaraq qətlə yetirilib.
Məlumata görə, hadisə rayonun Çinarlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 27 yaşlı Həsənova Lalə və onun 5 yaşlı qızı bıçaqlanıb. Hər iki yaralı aldığı xəsarətlərdən keçinib.
Hadisəni törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1985-ci il təvəllüdlü Həsənov Elməddin Elimdar oğlu saxlanılıb/Report.
Hadisənin təfərrüatları araşdırılır.