Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Əsgərabad kəndində baş verib.

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır/Report.