"Amnistiya Aktı tətbiq edilən azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunan şəxslərdən 1 542 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilən elektron qolbaqlar dərhal çıxarılıb".
Bunu Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Akşin Ziyadov deyib.
O bildirib ki, 1 075 nəfər məhkumun isə cəza müddəti 1 il azaldılıb".