Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılıb.
Mia.az xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarı ilə, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə bu Qərarın 1-18 nömrəli əlavələrində qeyd olunan vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat əlavələr ödəniləcək.
***
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.
Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavədə öz əksini tapıb.
Qərara əsasən, AMEA Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşları aşağıdakı kimidir:
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
1. |
AMEA-nın prezidenti |
3084 |
2. |
AMEA-nın 1-ci vitse-prezidenti |
2136 |
3. |
AMEA-nın vitse-prezidenti, akademik katibi |
1974 |
4. |
AMEA-nın Rəyasət Heyətinin üzvləri, elmi bölmələrin akademik katibləri, müşavirləri, AMEA-nın prezidentinin müşaviri, katibliyin rəisi, AMEA-nın Gəncə bölməsinin akademik – katibi |
1476 |
5. |
İdarə rəisi |
1428 |
6. |
AMEA-nın Rəyasət Heyətinin elmi katibi, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında: əsas şöbənin rəisi, işlər müdiri, idarə rəisinin müavini |
1380 |
7. |
İdarənin tərkibində şöbənin rəisi, baş mühasib, əsas şöbənin rəisinin müavini, AMEA-nın elmi bölməsinin katibi, AMEA-nın Gəncə bölməsinin elmi katibi, AMEA-nın prezidentinin köməkçisi, AMEA-nın akademik-katibinin köməkçisi |
1176 |
8. |
Qeyri-əsas şöbənin rəisi, sektor müdiri |
858 |
9. |
Qeyri-əsas şöbənin rəisinin müavini, AMEA-nın vitse-prezidentinin köməkçisi |
810 |
10. |
Baş mütəxəssis, mülki müdafiə qərargahının rəisi, qaraj müdiri |
756 |
11. |
Aparıcı mütəxəssis |
684 |
12. |
Mütəxəssis |
624 |
Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.
***
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin işçilərinin yeni aylıq vəzifə maaşları müəyyənləşib.
Mia.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2022-ci il 14 yanvar tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş 14 nömrəlli əlavə öz əksini tapıb.
Sıra №-si |
Vəzifələrin adı |
Aylıq vəzifə maaşı (manatla) |
1 |
2 |
3 |
1. |
Baş direktor |
1100 |
2. |
Baş direktorun müavini |
948 |
3. |
Baş mühasib |
810 |
4. |
Şöbə müdiri: |
|
4.1. |
tibb sahəsində həkim ixtisası tələb olunan |
726 |
4.2. |
digər profilli |
708 |
5. |
Şöbə rəisi-məhkəmə-tibb eksperti, şöbə rəisipatoloq-anatom: |
|
5.1. |
mərkəzin (birliyin) aparatında |
731 |
5.2. |
şəhər (rayon), regional qurumlarda |
678 |
6. |
Məhkəmə-tibb eksperti, məhkəmə eksperti, patoloq-anatom, ekspert-kriminalist: |
|
6.1. |
mərkəzin (birliyin) aparatında |
696 |
6.2. |
şəhər (rayon), regional qurumlarda |
624 |
7. |
Ekspert-həkim, ekspert, həkim |
696 |
8. |
Mülki Müdafiə Qərargahının rəisi, baş mühasibin müavini |
648 |
9. |
Baş tibb bacısı, mütəxəssis, baş laborant (ali təhsilli), mühəndis-proqramlaşdırıcı |
486 |
10. |
Böyük tibb bacısı, böyük laborant |
408 |
11. |
Avtomobil sürücüsü |
400 |
12. |
Tibb bacısı, təsərrüfat üzrə tibb bacısı |
384 |
13. |
Laborant, rentgen-laborant, texnik-laborant, fotolaborant, fotoqraf, dispetçer, arxiv müdiri, tibb qeydiyyatçısı, əmək terapiyası üzrə təlimatçı, kiçik tibb bacısı, dəftərxana müdiri, anbar müdiri |
372 |
14. |
Xəzinədar, kompüter operatoru, katibə-kompüter operatoru, arxivçi, ekspeditor |
354 |
15. |
Sanitar-bufetçi, sanitar, növbətçi sanitar, bağban, gözətçi, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyət |
325 |
Qeyd edək ki, Baş nazir Əli Əsədov dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları artırılması haqqında qərar imzalayıb.