Beyləqanda əməliyyat keçirilib, Lənkəran rayon sakinində tapança aşkarlanıb.
Mia.az DİN-ə istinadla xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb.
Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.