Bu gün səhər Ələt-Astara yolunun üzərindəki Kür çayının Salyan rayonunun ərazisindəki körpüdə 3 minik maşını toqquşub.
Mia.az xəbər verir ki, zəncirvari baş verən hadisə nəticəsində 3 nəfər Salyan rayon sakini - 1997-ci il təvəllüdlü Fərəcov Samir Eldar oğlu, 1967-ci il təvəllüdlü Əliyev İmran Ağaş oğlu və Rzayev Müşfiq Kərim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin məlumata görə, hadisə körpünün buz bağlaması və qatı duman səbəbindən baş verib.
Emil Məmmədov,
Mia.az