Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin məhkəməsinin vaxtı məlum olub.

Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2022-ci ilin yanvarın 10-na təyin edilib.

Cinayət işi hakim İradə Həsənzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, B.Qocayevin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Keçmiş MTN əməkdaşı 70 min manatdan çox pulu mənimsəməkdə təqsirləndirilir.

B.Qocayev vaxtilə MTN-in Qusar və Kürdəmir rayon şöbələrinin rəisi vəzifələrində çalışıb.

O, 2016-cı ildə Lənkəran Dövlət Universitetinin Ümumi işlər üzrə prorektoru təyin edilib və bir müddət sonra bu vəzifəsindən azad olunub.