Gürcüstanda narkotiklərlə bağlı cinayətlərə görə 12 nəfər saxlanılıb.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Həmin şəxslər arasında 1998-ci il təvəllüdlü Azərbaycan və 1974-cü il təvəllüdlü Türkiyə vətəndaşı da var.

Saxlanılanlar qanunsuz olaraq külli miqdarda narkotik maddə alıb saxlamaqda, Gürcüstana qaçaqmalçılıq yolu ilə keçirməkdə və buna cəhddə ittiham olunurlar.

DİN-dən qeyd olunub ki, bu ay ərzində beş kiloqramdan artıq heroin və iki kiloqram kokain müsadirə edilib/Report.