Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.

Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi tviter səhifəsində məlumat yayıb.

Qeyd edək ki, dekabrın 18-də İğdır-Ankara ekspedisiyasını həyata keçirən sərnişin avtobusu güclü qar və duman olan Qars-Ərzurum avtomobil yolunda aşıb.