Bakı-Ələt yolunun 61-ci kilometrliyində avtobusla minik maşının toqquşması nəticəsində Kliniki Tibbi Mərkəzə 9 nəfər gətirilib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Yaralıların siyahısı belədir:
1. 2008-ci il təvəllüdlü Əliyeva Nigar,
2. 1988-ci il təvəllüdlü Əliyeva Samirə,
3. 2010-cu il təvəllüdlü Əlili Əli,
4. 1960-cı il təvəllüdlü Qəhrəmanova Akifə,
5. 1968-ci il təvəllüdlü Ağabəyova Gülzar,
6. 1961-ci il təvəllüdlü Məmmədova Təranə,
7. 1994-cü il təvəllüdlü Mərdarov Zabit,
8. 1998-ci il təvəllüdlü Ağabəyova Əfsanə,
9. 1971-ci il təvəllüdlü Əliyev Xaliq.
Xəstələrdən 3 nəfəri reanimasiyadadır, 1 nəfər neyrotravma, daha birisi isə travma şöbəsinə yerləşdirilib. Digərlərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb/Report.
***
Bakı-Ələt yolunda ağır avtomobil qəzası baş verib.
Bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib.
Məlumata görə, avtobusla minik avtomobilinin toqquşması nəticəsində çoxsaylı yaralılar var.
"Bu saatlara kimi Kliniki Tibbi Mərkəzə 7 nəfər gətirilib. Daha iki nəfərin də gələcəyi bildirilir. Onların arasında azyaşlı olmaqla çox ağır vəziyyətdə olan yaralılar var", - Mərkəz rəsmisi qeyd edib.