Ağstafa rayonunun Köçəsgər kəndində qətl hadisəsi olub.

Mia.az Report-a istinadla bildirir ki, gənc oğlanı ürəyindən bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Qətli törətməkdə şübhəli bilinən şəxs, mərhumun dayısı oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğludur. 

İlkin ehtimallara görə, hadisə tərəflər arasında söyüş üstə düşən dava zamanı baş verib.

Hadisə zamanı onları aralanmaq istəyən digər qohumları, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kərəntər oğlu da əlindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.