Sabirabad rayonunda axtarışda olan şəxs tutulub.

Mİa.az DİN-ə istinadla bildirir ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci maddəsi (oğurluq) ilə axtarışda olan şəhər sakini X.Nəsibov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan “Perfecta” markalı tapança və bıçaq aşkar edilərək götürülüb.