Neftçalanın Şorkənd kəndindən Bakıya satmağa süd-qatıq aparan qadınlar avtomobil qəzasında həyatlarını itiriblər.

Mia.az xəbər verir ki, hadisə bu və gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun 59-cu km-də Qobustan qəsəbəsi ərazisində baş verib. 

Salyan rayonunun Xalac kənd sakini Abıyev Seymur Abı oğlunun  idarə etdiyi"FORD-TRANZİT" markalı  mikroavtobusun arxadan ""HOVO" markalı yük maşınına çırpılması nəticəsində Neftçaladan Bakıya  satmağa süd-qatıq  aparan 58 yaşlı İsmayılova İradə Balaxan qızı və 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı aldıqlarını ağır xəsarətlərdən hadisə yerində dünyalarını dəyişiblər.

Məlumata görə, mikroavtobusun sürücüsü yüngül xəsarətlərlə qurtula bilsə də, avtobusda olan digər sərnişin, Şorkənd kənd sakini Ulduzə Məhərrəmova isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

 Məlumata görə, yaralı Lökbatan qəsəbəsində xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, vəziyyəti ağırdır.
İlkin məlumata görə, qəzaya səbəb mikroavtobusun sürücüsünün yuxulu olması olub.

Emil Məmmədov