Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “oğru dünyası” ilə əlaqələi 3 nəfər saxlanılıb.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.
Həmin şəxslərdən biri “Dato Tbiliski” ləqəbli “qanuni oğrudur”.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər.
Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs gözləyir/Report.