Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 400 ictimai iaşə obyektində 685 monitorinq keçirib.
AQTA-dan Mia.az-a verilən məlumata görə, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi 58 ünvanında yerləşən, fiziki şəxs Bəkirli Elvin Malik oğluna məxsus “Barley” pub;
2. Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küç., ev 22 ünvanında yerləşən, fiziki şəxs Hüseynov Mehdi Firuz oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Namiq Quliyev küç., ev 50/52 ünvanında yerləşən, hüquqi şəxs "Shazelı Group" MMC-yə məxsus “Pak Dad” restoranı;
4. Bakı şəhəri, Binəqədi rayonu, 1-ci mədən, korpus 40 ünvanında yerləşən, fiziki şəxs Həsənova Əzimə Umudvar qızına məxsus dönər evi;
5. Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küç., ev 114d ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Elməddin Hümbət oğluna məxsus “Urfa Sofrası” restoranı;
6. Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küç., ev 74 ünvanında yerləşən, fiziki şəxs Cabbarov Ramin Tofiq oğluna məxsus "Uğur Dönər” kafesi;
7. Bakı şəhəri, Nizami rayonu, Asif Məhərrəmov küç., ev 22A, m. 74 ünvanında yerləşən, fiziki şəxs Arzu Yaşara məxsus kafe;
8. Qəbələ rayonu, Z. Əliyeva küçəsində yerləşən, fiziki şəxs Qəhrəmanov Kamil Məhəmmədiyə oğluna məxsus çay evi;
9. Lənkəran şəhəri, M. M. Axund küçəsi, ev 58 ünvanında yerləşən, fiziki şəxs Nurullayev Arzuman Ələkbər oğluna məxsus kafe.