Sentyabrın 9-u axsam saatlarında rayon sakini Amil Qurbanovu övladı, 1999-cu il təvəllüdlü Xaqan Qurbanov bıçaqlayıb.

Məlumata görə, sərxoş vəziyyətdə evə gələn Amil Qurbanov həyat yoldaşını döyüb.

Mübahisəyə qoşulan oğlu anasını qorumaq istəyərkən atası ona da hücum edib. Nəticədə 22 yaşlı Xaqan atasını bıçaqlayıb.

O, Qazax Rayon Pölis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

X.Qurbanov ilkin dindirilmə zamanı hadisəni törətdiyini etiraf edib.

Faktla bağlı araşdırma aparılır/APA.