Nazirlər Kabineti “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Mia.az xəbər verir ki, Baş Nazir Əli Əsədovun qərarına əsasən 2022-ci ilin 1 may tarixinə qədər Azərbaycandan ixrac olunan buğdanın hər tonuna 200 ABŞ dolları gömrük rüsumu tutulacaq.

Rüsum bərk buğda, toxumluq buğda, pərinc, yumşaq buğda və meslini əhatə edəcək.