Kürdəmir rayonunda quldurluq hadisəsi olub.

Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Rayon Polis Şöbəsinə sentyabrın 8-də Yenikənd kəndində yaşayan 86 yaşlı G.Məmmədovanın evə girən bir nəfərin onu döyərək pul verməsini tələb etməsi, lakin səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən kənd sakini R.Bəşirov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.