Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il sentyabrın 7-də ölkə üzrə 412 ictimai iaşə obyektində 694 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb:
1. Bakı şəhəri, Xətai rayonu, M. Hadi küçəsində yerləşən, fiziki şəxs Məmmədov Namiq Elxan oğluna məxsus dönər evi;
2. Bakı şəhəri, Nərimanov rayonu, Y. V. Çəmənzəminli küç., ev 100 ünvanında yerləşən, fiziki şəxs Qubadov Elxan İlham oğluna məxsus “Okean” restoranı;
3. Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küç., ev 38a ünvanında yerləşən, fiziki şəxs Aslanov Rafiqə məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar pr., ev 5 ünvanında yerləşən, fiziki şəxs Alcanov Sənan Maarif oğluna məxsus “Park” kafesi;
5. Bakı şəhəri, Xətai rayonu, Nobel pr.15 ünvanında yerləşən, fiziki şəxs Nana Kıknadzeyə məxsus restoran;
6. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəs., Sülh küçəsi 4C ünvanında yerləşən, fiziki şəxs Xəlilov Elnur Təngiz oğluna məxsus kafe.