Ötən axşam Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Çuxanlı kəndindən keçən hissəsindəki körpüdə qəza baş verib.
Mia.az xəbər verir ki, İran İslam Respublikası vətəndaşının Bakı istiqamətində idarə etdiyi TIR Sabirabad sakininin idarə eydiyi qarpız yüklənmiş ZİL-lə toqquşub.
.Hadisə zamanı idarəetməni itirən TIR körpüdən aşağı aşıb, hər iki sürücü xəsarət alıb.
Emil Məmmədov