Bu ilin yanvar-avqust aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 3 488,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Fonddan Mia.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 813,5 milyon ABŞ dolları və yaxud 31,3 % çoxdur.
Bildirilib ki, AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 152,893 milyon ABŞ dolları təşkil edib.
Onu da xatırladaq ki, 2020-ci ilin 8 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 2 657 milyon ABŞ dolları təşkil edib.