Daşkəsən rayonunda mübahisə zamanı həmkəndlisini güllələyən şəxs saxlanılıb.

Məlumata görə, rayonun Zivlən kəndində ,1949-cu il təvəllüdlü Zahid İsmayılova ov tüfəngi ilə atəş açaraq onu ayağından güllələməkdə şübhəli bilinən şəxs, Zöhrab İmanov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan hadisədə istifadə olunan qeydiyyatsız ov tüfəngi də götürülüb.

Qeyd edək ki, yaralı xəstəxanaya yerləşdirilib və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Daşkəsən rayonunda yaşlı kişi tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Hadisə rayonun Zivlən kəndində qeydə alınıb. Kənd sakini, 1949-cu il təvəllüdlü İsmayılov Zahid Əmir oğlu sol ayağından güllə yarası alıb. O, xəstəxanaya yerləşdirilib.

Özünün dediyinə görə, tanıdığı şəxs tüfənglə atəş açaraq onu yaralayıb.

Faktla bağlı araşdırmalara başlanılıb/Report.