Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin sabiq baş həkimi Könül Abbasovanın məhkəməsi yenidən təxirə salınıb.

Xatırladaq ki, Könül Abbasovanın Şirvan Şəhər Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində işlədiyi dövrdə vəzifə səlahiyyətindən sui-istifadə edib ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almaqda təqsirləndirilir.

O, Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq etməklə rüşvət alma) maddələri üzrə ittiham olunur/Report.