Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il avqustun 23-də ölkə üzrə 415 ictimai iaşə obyektində 703 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Yasamal rayonu, A. Rəhimov küç., ev 245 ünvanında yerləşən, fiziki şəxs Şərifov Emilə məxsus restoran;
2. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Xırdalan-Binəqədi şosesində yerləşən, fiziki şəxs Allahverdiyev Elçin Mürvət oğluna məxsus çay evi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Ruhulla Axundov küçəsi 2 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanova Samirə Bəxtiyar qızına məxsus kafe;
4. Bakı şəhəri, Yasamal rayonu, Naxçıvani küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Turabov Musa Nadir oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Xocalı pr. 63 ünvanında yerləşən, fiziki şəxs Rəhimli Ramil Bilal oğluna məxsus kafe;
6. Bakı şəhəri, Nərimanov rayonu, Z. Bünyadov küçəsi 86B ünvanında yerləşən, fiziki şəxs Nəbiyev Anar Əlövsət oğluna məxsus “Secrett” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran.