"Azərişiq" ASC İsmayıllı rayonu, Basqal qəsəbəsi, "Basqal Dövlət Tarixi-Mədəniyyət Qoruğu"nun elektrik təchizatı məqsədilə görüləcək işlərlə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Məlumata görə, tenderin qalibi "Admiral-2012" MMC-dir.

Qalib şirkətə 3 milyon 955,8 min manat ödəniləcək.

Qeyd edək ki, "Admiral-2012" MMC-nin dövlət büdcəsinə 12 min 038,37 manat vergi bocu var/Report